23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hikmət Hacıyev: “İşğal olunmuş torpaqlarımızda törədilmiş vandalizm hərəkətləri ayrıca qiymətləndiriləcək”

Hikmət Hacıyev: “İşğal olunmuş torpaqlarımızda törədilmiş vandalizm hərəkətləri ayrıca qiymətləndiriləcək”“Ermənistanın işğal olunmuş torpaqlarımızda 30 il ərzində törədilmiş vandalizm hərəkətləri proses çərçivəsində ayrıca olaraq qiymətləndiriləcək”.

GununNebzi.az məlumatına görə, bu sözləri bu gün Bakı Biznes Mərkəzində müharibə nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və bunun aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən görülən işlər barəsində keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, işğaldan azad olan ərazilərimizdə ilkin qiymətləndirmədə Ermənistanın bu vandalizm siyasətini açıq şəkildə görürük:

“Hər zaman Azərbaycan bu faktları qaldırdığı halda fiziki olaraq ərazilərə giriş imkanımız olmadığı üçün bunu tam faktlarla ortaya qoymaqda çətinliklər yaranırdı. Torpaqlar işğaldan azad olunub və bu qiymətləndirmə həyata keçirilir”.

O qeyd edib ki, dəymiş zərərin qiymətləndirilməsi məsələsində yerli özəl sektorla birgə əməkdaşlıq həyata keçirilir:

“Beynəlxalaq təşkilatlar, müstəqil beynəlxalq təsisatlar bu prosesə cəlb edilir. Zərərin miqyası hesablanacaq, ümumi nəticəyə gəlinərək rəqəmlər Xarici işlər Nazirliyi ilə beynəlxalq təşkilatlara təqdim ediləcək”.


Tarix: 13-11-2020, 19:00 Oxunub: 119


Bölməyə aid digər xəbərlər