23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Səfirlik Polşada azərbaycanlı tələbənin ölümü faktını nəzarətə götürüb

Səfirlik Polşada azərbaycanlı tələbənin ölümü faktını nəzarətə götürübAzərbaycanın Polşadakı səfirliyi noyabrın 9-da Polşanın Dlugolenka şəhərində 1989-cu il təvəllüdlü Müşviq Asif oğlu İsmayılovun meyitinin tapılması ilə bağlı məsələni nəzarətə götürüb.

Bu barədə Report-a Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Dlugolenka Şəhər Polis Komissarlığından Azərbaycan səfirliyinə verilən məlumatda M.İsmayılovun yaşadığı mənzilin yerləşdiyi istiqamətdə meşə massivində meyiti tapıldığı bildirilib:

“Polisin məlumatında tibbi ekspert rəyinə əsasən, mərhumun asılaraq intihar etdiyi qeyd olunub. Mərhumun ailəsi ilə əlaqə saxlanılıb və yaxınlarının onun intihar etməsinə şübhə ilə yanaşdığını və meyitin təkrar daxili tibbi ekspertizadan keçməsi müraciətini nəzərə alaraq səfirlik tərəfindən Dlugolenka Şəhər Prokurorluğuna müraciət edilib. Baş vermiş hadisə səfirliyin nəzarətindədir”.


Tarix: 13-11-2020, 21:46 Oxunub: 161


Bölməyə aid digər xəbərlər