23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kamaləddin Qafarov: “Xalq Prezidentə öz sevgisini nümayiş etdirir”

Kamaləddin Qafarov: “Xalq Prezidentə öz sevgisini nümayiş etdirir”“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə 16 noyabrda etdikləri səfər tarixi xarakter daşıyır. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezidentimiz sevinc hisslərini öz xalqıyla səmimi şəkildə bölüşdü.” Bu sözləri yap.org.az saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov demişdir.

O, bildirmişdir ki, hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Prezidentimiz hər zaman xalqın yanındadır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi daim xalqının yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə baxmayaraq, Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan möhtəşəm milli və siyasi həmrəylik, yaşadığımız qələbənin ən böyük ideoloji əsasıdır. Mütəmadi olaraq hamımızı birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir və onun Füzuli və Cəbrayıl rayonlarına səfəri də , əslində, qələbəmizi insanlarla bölüşmək istəyidir.

Millət vəkili bildirmişdir ki, Prezident İlham Əliyev tarix yazan ordunun yanındadır. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirdi.

Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi simvolik məna daşıyır. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin səmimi xarakterindən xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi də, müharibədə qalibiyyətimiz də məhz milli birliyin nəticəsidir. İşğaldan azad olunmuş bölgələrdə öz qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını coşqu ilə nümayiş etdirdi.

Bu, həm də onu göstərir ki, təhlükələrdən və çətinliklərdən çəkinməyən və öz xalqının maraqları naminə qətiyyətlə mübarizə aparan Prezident İlham Əliyev öz cəsarətli addımları və siyasi iradəsi ilə seçilən bir liderdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə, ən ağır vəziyyətlərdə öz xalqının yanında olan Prezident hər bir işdə xalqın dəstəyinə arxalanır, ona güvənir.

Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir.

Azərbaycan qarşısında duruş gətirəcəyini düşünən, daim lovğalanan Ermənistanın hərbi siyasi rəhbərliyi isə bu gün orda-burda xalqdan gizlənməklə məşğuldur. Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçirilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olub, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, hətta onun özünü də fiziki baxımdan məhv etməyə belə hazırdır.

K.Qafarov demişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə uzunluğu 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 50 milyon manatın ayrılması da mühüm tarixi hadisədir. Bu hadisə bir daha göstərir ki, dövlətimizin başçısı torpaqları azad etdikdən sonra həmin ərazilərə həyat qayıdacağı barədə vədlərini də qısa müddət ərzində reallaşdırmaq əzmindədir.


Tarix: 18-11-2020, 14:19 Oxunub: 113


Bölməyə aid digər xəbərlər