23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İşğaldan azad edilən iki kəndin ADI DƏYİŞDİRİLDİ

İşğaldan azad edilən iki kəndin ADI DƏYİŞDİRİLDİİşğaldan azad edilmiş iki kəndə yeni ad verilir.

GununNebzi.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

İclasın gündəliyinə “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanun layihələri daxil edilib.

Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.


Tarix: 20-11-2020, 16:20 Oxunub: 382


Bölməyə aid digər xəbərlər