23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ermənilər Ağdamdakı Şahbulaq qalasını niyə dağıtmayıb? - Video

Ermənilər Ağdamdakı Şahbulaq qalasını niyə dağıtmayıb? - VideoAğdamda salamat qalan yeganə tikili Qarabağ xanlığının Şuşadan öncəki paytaxtı olan və Böyük İpək Yolu üzərindəki stretji yerlərdən biri Ağdamın 5-6 kilometrliyində yerləşən Şahbulaq qalasından Azərbaycan bayrağı asıldı.

gununnebzi.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Şahbulaq qalasının tarixi haqda danışıb. O bildirib ki, Şahbulaq qalası 20 noyabr 1751-ci il - 7 noyabr 1752-ci il tarixləri arasında inşa edilib:

“Əhməd bəy Cavanşir Pənahəli xanın öz iqamətgahını Bayat qalasından Şahbulaq qalasına 1752-ci ildə köçürdüyünü yazır.

Cavanşir “Qarabağ tarixi” adlı əsərindəki “Rəhmətlik Pənah xan tərəfindən Qarabağda inşa edilmiş abidələr və binalar haqqında” adlı bölmədə qeyd edir: “Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, şəhər binaları və bazar inşa edilmişdir”.

SSRİ dövründə Ağdam rayonuna gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan, bir növ, Ağdam rayonunun simvoluna çevrilmişdi.

Şahbulaq qalası da rayonun daxilində idi. Erməni işğalçıları abidənin daxilində olan məscid, hamam və bulaqları dağıdıblar. Şahbulaq qalası təmir edilmişdi, ermənilər tərəfindən kilsə kimi istifadə edilirdi işğal illərində...

Bu qala işğal dövründə ermənilər tərəfindən ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdəndir. İşğal dövründə qalanın divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcə də daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub.

Ermənilərin “Surenavan” adlandırdıqları Şahbulaq qalası indi azaddır və orada biz böyük muzey yaratmalı, Ağdam, Qarabağ tarixini dünyaya göstərməliyik”.


Tarix: 23-11-2020, 14:08 Oxunub: 222


Bölməyə aid digər xəbərlər
8-05-2019, 09:22 Şuşasız 27 il...