14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
“Azercell” xaricdə olanların balansına pul yüklədi

“Azercell” xaricdə olanların balansına pul yüklədiYerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, hazırda ölkə hüdudlarından kənarda olan abunəçilərinə xüsusi diqqətlə yanaşır. Belə ki, Azercell şirkəti hal-hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 50 AZN məbləğində pul vəsaiti yükləmişdir. Həmçinin mart ayının 17-dən etibarən mobil operator bütün müştəriləri üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (Təbib) “Qaynar xətt”inə (1542) zənglərin ödənişsiz olmasını təmin edib.

Qeyd edək ki, hazırda Azercell-in Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətləri də gücləndirilmiş iş rejimi ilə çalışır. Belə ki, şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, habelə Təbib-in “Qaynar xətt”i ilə əlaqə saxlanılması istiqamətində hər cür dəstək göstərməyə hazırdır. Xatırladaq ki, Azercell-in həm Fakturalı, həm də Fakturasız Xətt (Sim-Sim) abunəçiləri rominq zamanı tamamilə ödənişsiz olaraq *1111 qısa nömrəsi vasitəsilə mobil operatorun Telefon Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

gununnebzi.az


Tarix: 16-03-2020, 19:36 Oxunub: 165


Bölməyə aid digər xəbərlər