23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Operativ Qərargah: Profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq

Operativ Qərargah: Profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaqAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan GUNUNNEBZİ,AZ AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq. Həmin strukturlar bunlardır:

• Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

• Azərbaycan Respublikasının Nazirlər Kabineti

• Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)

• Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)

• Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

• Azərbaycan Respublikasının Baş Prokurorluğu

• Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

• Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

• Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

• Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

• Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

• Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

• Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

• Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

• Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

• Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

• Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

• Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

• Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

• Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

• Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

• Azərbaycan Respublikasının Mərkəzi Bankı

• “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

• “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

• “Azəriqaz” İstehsalat Birliyi

• “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

• Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

• “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyəti olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.


Tarix: 14-03-2020, 23:55 Oxunub: 90


Bölməyə aid digər xəbərlər