02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Müharibə əlillərinə təqaüd verilməsi ilə bağlı büdcə xərclərinin təsnifatına dəyişiklik edildi

Müharibə əlillərinə təqaüd verilməsi ilə bağlı büdcə xərclərinin təsnifatına dəyişiklik edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nda dəyişiklik edib.

GununNebzi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənəd müharibə əlillərinə təqaüd verilməsini ehtiva edir.

Belə ki, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd” maddəsinə müharibə ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən olunmuş şəxslərə təsis edilmiş təqaüdün ödənilməsi ilə bağlı xərclər daxildir.

Bugünkü dəyişikliklə büdcə xərclərinin iqtisadi təsnifatının “Təqaüdlər” paraqrafına yeni bənd əlavə olunub.

“Təqaüdlər” paraqrafına müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd xərcləri daxil edilib.

Tarix: 31-03-2021, 21:00 Oxunub: 183


Bölməyə aid digər xəbərlər