23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA

I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı bəzi narahatlıqlara aydınlıq gətirib.

Beş.az Trend-ə istinadən bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aprelin 1-dən 50 manat təqaüd təsis edilib:

"Bu, o deməkdir ki, həmin şəxslərin əmək pensiyası hesablanarkən onlara qulluq üçün əlavə edilmiş 11 manat məbləğ ayrıca formada 50 manatlıq təqaüdlə əvəz olunub. Ona görə də I dərəcə əlilliyi olan şəxslərə may ayının pensiyası verilərkən aprel və may aylarının hər biri üçün həmin 11 manat (ümumilikdə 22 manat) dayandırılıb, bunun əvəzində isə may ayının təqaüdləri verilərkən I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə aprel və may aylarının hər biri üçün 50 manat (ümumilikdə 100 manat) ödəniləcək".

Nazirlik rəsmisi bunun üçün I dərəcə əlilliyi olan şəxsləri narahat olmamağı tövsiyə edib və yaxın günlərdə onlardan yalnız bir ərizə (onlara qulluq edənin kimliyini müəyyən etmək üçün) ərizə qəbul olunmaqla, aprel və may ayları üzrə 100 manat (50+50) təqaüdün ödəniləcəyini bildirib.

Tarix: 11-05-2019, 17:09 Oxunub: 100


Bölməyə aid digər xəbərlər