21:29 / 14-11-2024
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
21:14 / 14-11-2024
Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
21:09 / 14-11-2024
“Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
16:37 / 14-11-2024
Bolqarıstanın birinci xanımı Şamaxıda - Fotolar
16:36 / 14-11-2024
Ağadadaş Ağayev məhkəməyə gəldi - Video - Yenilənib
11:14 / 14-11-2024
Xəstəxanada vurulan iynədən şoka düşüb öldü
11:14 / 14-11-2024
“Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır”
23:11 / 13-11-2024
Bayden Trampla görüşdü - Fotolar
23:09 / 13-11-2024
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol matçında vəfat etdi
20:35 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü - Yenilənib
20:32 / 13-11-2024
Prezidentin bu çıxışını bütün salon alqışladı - Video
15:54 / 13-11-2024
Prezident Pakistanın Baş naziri ilə görüşdü - Fotolar
15:52 / 13-11-2024
Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşdü - Video
15:48 / 13-11-2024
Çay sahilində meyit tapıldı - Foto
15:47 / 13-11-2024
Sabahdan bu marşrutların hərəkəti bərpa edilir - Siyahı
12:55 / 13-11-2024
"COP29-u dönüş nöqtəsi kimi görürük" - Türkiyəli nazir
12:54 / 13-11-2024
Prezident Odil Reno-Basso ilə görüşdü - FOTOLAR
12:17 / 13-11-2024
Bakıda üçtərəfli görüş oldu - Fotolar
12:12 / 13-11-2024
“Bakının təmizliyi və gözəlliyi məni valeh etdi” - Tokionun qubernatoru
10:22 / 13-11-2024
Tramp Maskın vəzifəsini açıqladı
07:43 / 13-11-2024
Mehriban Əliyeva Prezidenti tarixi çıxışına görə belə təbrik etdi - Video
07:41 / 13-11-2024
Belçikanın Baş naziri bulvarda qaçdı - Foto
01:37 / 13-11-2024
Netanyahu İran xalqına müraciət etdi
01:33 / 13-11-2024
Rəsmilər Bakıya gəlməyə davam edir - Fotolar - Yenilənib
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
23:00 / 12-11-2024
Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür
22:59 / 12-11-2024
Gülüstan sarayında rəsmi ziyafət verildi
19:31 / 12-11-2024
"COP29-un təşkilinin səviyyəsinə heyran qaldıq" - Polşa Prezidenti
19:29 / 12-11-2024
Hindistan ilk “Akaş” raketlərini Ermənistana göndərdi
Pensiya yaşı ilə bağlı mühüm açıqlama: Qadınlar üçün 60, kişilər üçün 62...
Məlum olduğu kimi, bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov bunu bir daha xatırladıb, ictimaiyyətin diqqətinə çatdırıb.
Onun sözlərinə görə, 2017-ci ildən yaş həddinin mərhələli şəkildə artırılması həyata keçirilir. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses tamamlanıb. Qadınların isə pensiya yaşı 62 yaşdır və o, hər il 6 ay artırılır. Bu proses də 65 yaşa çatdıqda tamamlanacaq. Bu ilin iyun ayında qadınlar üçün pensiya yaşı yenidən 6 ay artırılacaq.
Lakin pensiya yaşının yüksək olması cəmiyyətdə narazılıq doğuran amildir. Millət vəkilləri də bir neçə dəfə sosial islahatlar çərçivəsində pensiya yaşının azaldılmasını təklif ediblər. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin 11 iyunda keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib ki, Azərbaycanda orta ömür çox aşağıdır, ona görə də pensiya yaşını aşağı salmaq lazımdır.
İqtisadçı ekspert Rəşad Həsənov da eyni fikirdədir. O da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan vətəndaşı indiki şərtlərlə orta hesabla 6 il pensiya ala bilmir: “Qadınların pensiya yaşının 6 ay artırılması 2017-ci ildə qəbul edilmiş qərarın icrası prosesidir və bu proses 2027-ci ilə qədər davam edəcək və 65 yaşa çatdırılacaq. Artıq iyul ayının 1-dən etibarən qadınların pensiya yaşı 62 yaş 6 ay olacaq. Dünya təcrübəsi müxtəlif istiqamətlidir. Ümumiyyətlə götürdükdə isə burada qadın-kişi fərq etmir, əsas götürülən amil orta ömür müddətidir. Gözlənilən orta ömür müddəti Azərbaycanda aşağıdır. 1997-ci ilə qədər doğulan insanlara gözlənilən ömür müddəti 71 ildən çox deyildi. Bundan sonra hətta növbəti 40 ilə belə pensiyaya çıxan insanlar orta hesabla 71 yaşayacaqlar. Yəni 65 yaşında pensiyaya çıxıb 71 il yaşayacaqlar, bu da o deməkdir ki, hökumət onlar 6 il pensiya verəcək. Əslində isə qanunvericiliklə Azərbaycanda orta pensiya müddəti 12 il, yəni 144 ay müəyyən edilib. Burada bir problem odur ki, hazırki yanaşma aylıq pensiya həddinin müəyyən edilməsi zamanı vətəndaşa müəyyən edilmiş aylıq pensiyanın 2 dəfə azalmasına gətirib çıxarır. Halbuki pensiya müddəti MDB ölkələrində belə ən aşağı göstəricilərdən biridir. Bəzi ölkələr var ki, orada qadınların və kişilərin yaş həddinin bərabərləşdirilməsi müşahidə olunur. Məsələn, Pribaltika ölkələrində belədir, 65 yaşa çatdırılıb. Hazırda dünyanın 117-dən çox ölkəsində qadın və kişilərin yaş həddi bərabərləşdirilib. Bərabərlik bir parametrdir. Dünyada da , Azərbaycanda da qadınların orta yaşama müddəti kişilərlə müqayisədə daha çox olduğu üçün bəzi ölkələrdə bu bərabərlik prinsipinin tətbiq edilməsinə başlanılıb, bu tendensiya davam edir”.
İqtisadçının sözlərinə görə, bir çox ölkələrdə qadınlarla kişilərin pensiya yaşı bərabər olsa da, Azərbaycanda vəziyyət bir qədər fərqlənir: “Məsələ Azərbaycana sirayət edəndə baxırıq ki, burada nisbətən vəziyyət fərqlidir. Çünki Azərbaycanda mövcud situasiya, ailə institutunun özünün gəlir mənbələri aspektindən qiymətləndirilməsi və bir sıra hallarda qadınların sosial cəhətdən müdafiəsiz qalması, əmək bazarında zəif iştirakı və ya bəzi hallarda əmək haqqı alarkən diskriminativ münasibətə məruz qalması və sair amillər var. indiki şərtlər daxilində 62,6 il və ya gələcəkdə 65 yaş qadınlar üçün yüksək yaş həddidir.
Mənim təklifim ondan ibarətdir ki, ümumiyyətlə qadınların və kişilərin pensiya yaş həddi azaldılsın. Indiki şərtlər nəzərə alınarsa, qadınların yaş həddini 60-a, kişilərin pensiya yaş həddini isə 62-yə endirmək olar. Bu da müəyyən qədər məsələ ilə bağlı radikal prosesi yumşalda bilər. Eyni zamanda pensiya sisteminə güvən artırmaq olar. Pensiya sisteminin əhalinin sosial rifahında, yaşlılıq dövründə onların sosial təminatının gücləndirməsində vacib mexanizm kimi rolunu artmaq olar. Nəzərə almaq lazımdır ki, qadınlarla bağlı əvvəlki mexanizmlər də yoxdur, əvvəl uşaq sayına uyğun olaraq yaşın azaldılması da tətbiq olunurdu. Amma təəssüf ki, 2017-ci ildə “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdən sonra bu yanaşma aradan qaldırıldı. Yalnız çoxuşaqlı qadınlara münasibətdə bənzər yanaşma tətbiq olunur".
İqtisadçının sözlərinə görə, artıq ölkədə demoqrafik vəziyyət dəyişib və çoxuşaqlı anlayışı da yeni yanaşma tələb edir: “Azərbaycanda çoxuşaqlı ana anlayışının özünə də yenidən baxılmalıdır, dəyişikliklər edilməlidir. Çünki mövcud qanunvericiliyə görə, 5-dən artıq uşağı olanlar çoxuşaqlı hesab olunur. Ancaq hazırki statistikaya baxsaq, 5-dən çox uşağı olan ailələrin sayı kifayət qədər kiçik bir qrupdur. Çünki yeni trendlərdə 1 və 2 uşaq daha çox üstünlük təşkil edir. 2, 3 milyon ailə var ki, onların 1,1 milyonunu yalnız 1 uşağı olanlar təşkil edir. Bu məqamı nəzərə almaq lazımdır. Çoxuşaqlı ana anlayışı 3 və daha çox uşağı olan anadır. Ukraynada bu model tətbiq olunur. Hazırda 3 və daha çox uşağı olan ailələr nəzərdə tutulmalıdır və hər uşağa görə pensiya yaşının 1 il azaldılması prinsipi tətbiq edilməlidir. Bu da orta hesabla qadınların ölkə üzrə pensiyaya çıxma yaşını 60 yaşa, uşağa görə azaltma ilə bir yerdə 58 ilə çatdıra bilər. Bu da o deməkdir ki, orta ömür müddəti 74 il olan qadınlar pensiyaya çıxdıqdan sonra 16 il pensiya ala bilərlər. Bu çox vacib faktordur”.
R.Həsənov onu da vurğuladı ki, pensiya yaşını xarici təcrübə ilə müqayisə edərkən orta ömür müddətini də əsas götürmək lazımdır: “Bəzi ölkələrdə pensiya yaşı 67-dir. Bizdə də aidiyyatı qurumlar bu kimi müqayisələr aparırlar, pensiya yaşını müqayisə edirlər, ancaq orta ömürü müqayisə etmirlər. Həmin ölkələrdə orta ömür 87-89 il ətrafında dəyişir. Onlar 22 il normal pensiya almaqla öz həyat şəraitlərini formalaşdırırlar. Azərbaycanda isə bu göstərici aşağıdır, orta göstərici 6 ildir, kişilərdə 65 yaşında pensiyaya çıxdığı halda ümumiyyətlə 3 ildir, qadınlarda isə təxminən 9 ildir. Ona görə də qeyd etdiyimiz islahatları həyata keçirməklə bu göstəricini qadınlar üçün 16 ilə, kişilər üçün 9 ilə çatdırmaq olar. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində gələcəkdə atılacaq addımlarda bu məqam nəzərə alınmalıdır”
Bölməyə aid digər xəbərlər

Tarix: 12-06-2021, 10:26 Oxunub: 194
Bölməyə aid digər xəbərlər
24-02-2021, 22:58
Pensiyaçılara mühüm xəbər - 1 iyuldan... - RƏSMİ
1-01-2021, 11:08
Kişilərin və qadınların pensiya yaşı AÇIQLANDI
21-09-2020, 13:26
Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq - RƏSMİ
10-06-2020, 15:59
ŞAD XƏBƏR - Bu şəxslərin pensiya yaşı 5 il azaldılır
11-06-2021, 14:45
Azərbaycanda pensiya yaşının aşağı salınması təklif edilir