Pişiklərin itlərdən daha çox koronavirusa yoluxma ehtimalının olduğu təsdiqlənib.
GununNebzi.az report-a istinadən xəbər verir ki, bu barədə araşdırma “Science” jurnalında yer alıb.
Pişiklər və safsarların da yoluxma ehtimalını ortaya qoyan araşdırmaya görə, köpək, toyuq və ördəklərə infeksiyanın ötürülmə ehtimalı daha azdır.
Məqalədə pişiklərin əsasən hava damcılar yolu ilə bir-birini yoluxdura biləcəyi vurğulanır.
Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatı da insanların virusu heyvanlara ötürə biləcəyini açıqlayıb.
Ötən gün ÜST ev heyvanlarının koronavirus pandemiyasındakı rolunu detallı şəkildə araşdırdığını açıqlayıb.
“Yoluxdurmada ev heyvanlarının rol oynadığını düşünmürük, ancaq koronavirus daşıyıcısı bir insandan xəstəliyin heyvanlara ötürülə biləcəyini hesab edirik”, - ÜST-nin epidemioloqu Maria van Kerkhove bildirib.
Qeyd edək ki, Nyu-York heyvanxanasında ilk dəfə koronavirus daşıyıcısı pələng aşkarlanıb. Ona virusun sıx təmasda olduğu xəstə nəzarətçi tərəfindən ötürüldüyü güman edilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 532 000-i ötüb. Bunların 337 471 nəfəri sağalıb, 89 716 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bölməyə aid digər xəbərlər