20:01 / 18-11-2024
“Dayanıqlı gələcək üçün irsin inkişafı” mövzusunda panel müzakirə keçirilib
19:57 / 18-11-2024
Balıq tutmağa getmişdi, çaydan meyiti tapıldı
19:56 / 18-11-2024
Conson Ukrayna ilə bağlı çağırış etdi
16:43 / 18-11-2024
Kremldən Rusiyaya raket zərbələri endirilməsi icazəsi ilə bağlı - Açıqlama
16:40 / 18-11-2024
Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!
13:30 / 18-11-2024
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
13:28 / 18-11-2024
“Mərkəzi Bank pul siyasətini yumşaldıb”
13:26 / 18-11-2024
Prezident rəsmilərlə görüş keçirir - Fotolar - Yenilənib
12:23 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
12:21 / 18-11-2024
Minimum pensiya bu qədər olacaq
12:20 / 18-11-2024
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı
12:18 / 18-11-2024
Gələn il minimum əməkhaqqı - 400 manat olacaq
12:18 / 18-11-2024
7 min manat cəriməsi olan sürücü həbs edildi
08:18 / 18-11-2024
“Raketlər öz sözünü deyəcək” - Zelenskidən ilk açıqlama
08:03 / 18-11-2024
Onlar da Rusiyaya zərbə endirməyə icazə verdi
08:00 / 18-11-2024
Bayden Ukraynaya Rusiya ərazisini vurmağa icazə verdi
19:37 / 17-11-2024
COP29-dakı qərarlar dünyaya güclü mesaj olmalıdır - Çunqonq
19:32 / 17-11-2024
Ukraynanın cavabı: Belqoroda hücum etdi
19:24 / 17-11-2024
Şolts Putinlə yenidən danışacaq
19:23 / 17-11-2024
Fatih Terim "Qarabağ" klubunun bazasını ziyarət ETDİ-VİDEO
19:20 / 17-11-2024
Nəfəs: "Sevgilimlə it-pişik kimiyik" - VİDEO
19:15 / 17-11-2024
"Hizbullah"ın sözçüsü öldürüldü
16:38 / 17-11-2024
Ucarda sanitariya-gigiyena qaydalarını pozan şəxslərlə bağlı tədbir görüldü
16:37 / 17-11-2024
Rusiya Türkiyədən geyim idxalını yarıbayarı azaltdı
16:33 / 17-11-2024
İlham Əliyev Jan Kristof Rollan ilə görüşdü - Fotolar
16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
14:31 / 17-11-2024
Ev dustaqlığı Sərdar Ortaça baha başa gəldi
12:47 / 17-11-2024
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü
12:44 / 17-11-2024
İsrail Prezidenti COP29-a niyə gəlmədi?
12:42 / 17-11-2024
Ukraynaya dəstək bəyanatı qəbul etdilər
08:07 / 17-11-2024
Leyla Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
08:06 / 17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günüdür
Məişət zorakılığından zərər çəkmişlərin sosial reabilitasiyası şöbəsi açılıb - Fotolar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi açılıb.
GununNebzi.az xəbər verir ki, şöbənin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığı əsasında son illər çoxspektrli sosial xidmətlər sisteminin qurulduğunu, məişət zorakılığından zərər çəkmiş şəxslərin də reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduqlarını bildirib.
Nazir bildirib ki, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində üç şöbə - baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər və görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün şöbələr fəaliyyət göstərir. Burada fəaliyyətə başlayan yeni dördüncü şöbə qeyd edilən Milli Fəaliyyət Planına uyğun olaraq yaradılıb.
Məişət zorakılığından zərər çəkmiş şəxslər şöbədə sığınacaqla təmin olunmaqla bərabər, onlara psixo-sosial dəstək və məsləhət yardımı xidməti göstəriləcək. Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılacaq. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görüləcək.
S.Babayev məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatın operativ əldə olunması və təcili müdaxilə edilərək onların şöbəyə cəlbi məqsədilə “Qaynar xətt”in də tezliklə işə salınacağını deyib.
Nazir sosial xidmətlər sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması işlərinin də aparıldığını, yeni qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası işlərinin də davam etdiyini deyib.
Sonra yeni şöbəyə baxış olub. 30 nəfər üçün nəzərdə tutulan şöbədə sakinlərin yaşayışı, sosial-reabilitasiyası tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb. Burada sosial işçilər, hüquq məsləhətçisi, psixoloq, sosial pedaqoq, tibb bacısı və nəzarətçilər çalışacaq. Şöbədə məişət zorakılığı qurbanı ilə yanaşı, zəruri hallarda ailə üzvləri ilə birgə yaşaması üçün də şərait yaradılıb.
Şöbəyə qəbul üçün məişət zorakılığından zərər çəkən şəxslər, habelə həmin şəxslərin razılığı ilə qohumları, qanuni nümayəndələri, bələdiyyələr, QHT-ləri və ya digər şəxslərin bu barədə yerli İH orqanlarına, yaxud polis orqanlarına müraciət etməlidirlər. Sosial işçi də dəvət edilməklə onunla birlikdə şəxsin məişət zorakılığına məruz qalması faktı təsdiqləndikdən sonra həmin şəxs şöbəyə qəbul ediləcək.
Nazir Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində də olub, buradakı uşaqlarla görüşüb. 20-dək uşağın yaşadığı bölmədə göstərilən reabilitasiya yönümlü sosial xidmətlərin vəziyyəti ilə tanış olub.
Bölməyə aid digər xəbərlər

Tarix: 22-07-2021, 15:33 Oxunub: 144
Bölməyə aid digər xəbərlər
16-05-2020, 19:03
Bu şəxslərə əlavə ödənişlər ediləcək - ŞAD XƏBƏR
30-06-2020, 21:49
Yeni publik hüquqi şəxslərin fəaliyyət istiqaməti açıqlandı
23-06-2021, 17:36
Nazirlik işdən çıxarılan süpürgəçi qadını nəzarətə götürdü
29-12-2020, 12:42
"İnsanların sosial müdafiəsi əsas götürülüb" - Sahil Babayev
23-12-2020, 16:27
Əlillərin reabilitasiya vasitələrinin növlərinin siyahısı artırılıb