23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Baş prokurorun nəzarəti altında iş araşdırılsa da, heç bir hərəkət yoxdur” - Zümrüd Yağmur

“Baş prokurorun nəzarəti altında iş araşdırılsa da, heç bir hərəkət yoxdur” - Zümrüd Yağmur

Tanınmış yazar Zümrüd Yağmur Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi ilə görüşmək üçün idarəyə gedən vəkili Zibeydə Zəkəriyevanın qəbul edilmədiyini iddia edib.

GununNebzi.az
xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

Z.Yağmurun sözlərinə görə, vəkil cinayət işinin detalları barədə danışmaq üçün Prokurorluğa gedib:

“İki gündür ki, guya baş prokurorun nəzarəti altında iş araşdırılır, amma heç bir hərəkət yoxdur. Cinayətkar hələ də həbs olunmayıb. Mən artıq getdikcə daha çox inanmağa başlayıram ki, bu, başdan siyasi sifariş olub. Yoxsa bir cinayətkar niyə bir dövlət qurumunun biabırçı vəziyyətə düşməsindən sonra da qorunsun ki?!”

Qeyd edək ki, siyasətçi Fuad Qəhrəmanlının qızı, 27.07.2004-cü il təvəllüdlü Sənay Yağmurun (Qəhrəmanlı) cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını bildirib. O əlavə edib ki, işi aparan Yasamal rayon prokuroru Elman Süleymanov qanunsuz olaraq cinayət işinə xitam verib.

Tarix: 19-10-2021, 15:23 Oxunub: 339


Bölməyə aid digər xəbərlər