21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
ŞAD XƏBƏR: Maaş, pensiya, müavinət və təqaüdlər artırılır - VİDEO

ŞAD XƏBƏR: Maaş, pensiya, müavinət və təqaüdlər artırılır - VİDEO

Gələn ildən Azərbaycanda maaş, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlər artırılır. Bu artımlar üçün dövlət büdcəsindən 1 milyard 441 min manat xərclənəcək. Sosial paketlə bağlı təfərrüatlara nəzər salaq.

GununNebzi.az
xəbər verir ki, gələn ildən maaş, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlər artırılır. Bu məqsədlə dövlət büdcəsindən 1,5 milyard manata yaxın vəsait xərclənəcək.

Millət Vəkili Vüqar Bayramlı deyir ki, 2022-ci ilin dövlət büdcəsinin xərclərinin 40%-i sosial istiqamətə yönəldiləcək. Bu isə dövlət büdcəsindən ayrılan hər 100 manat üçün 40 manat deməkdir. Proqnozlara görə, gələn ilin sonunda pensiyaların orta aylıq məbləği 343,17 manat təşkil edəcək, minimum əməkhaqqı isə 250 manatdan 300 manata qaldırılacaq.

Vüqar Bayramlı deyir ki, gələn ildən digər sosial proqramlardan dəstək alan vətəndaşların da gəlirlərində artımlar müşahidə olunacaq. Ehtiyac meyarı 170 manatdan 200 manata çatdırılır. Bu isə ünvanlı sosial yardımın həcminin artması deməkdir. Çünki, ünvanlı sosial yardımın məbləği hesablanan zaman ehtiyac meyarı ilə adambaşına düşən gəlir müqayisə olunur.

Millət vəkili bildirib ki, sosial paket 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

Tarix: 6-11-2021, 09:04 Oxunub: 200


Bölməyə aid digər xəbərlər