01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Əməliyyat etdiyi xəstə ölən cərraha cinayət işi açıldı

Əməliyyat etdiyi xəstə ölən cərraha cinayət işi açıldı

Füzuli rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Azad Hüseynzadə ilə bağlı cinayət işi başlanılıb.

GununNebzi.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həkim səhlənkarlıq edərək əməliyyat etdiyi xəstənin ölümünə səbəb olmaqda ittiham olunur.

Cərrah Azad Hüseynzadə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir. Məlumata görə, Azad Hüseynzadənin Füzuli Rayon Mərkəzi Xəstəxanasında əməliyyat etdiyi İncibəyim Məmmədquliyeva vəfat edib.

A.Hüseynzadə isə bildirib ki, onun bu hadisədə heç bir təqsiri yoxdur: “Mən normal cərrahi əməliyyat aparmışam. Xəstə əməliyyatdan sonra evə göndərilib. 20 gün sonra başqa klinikada cərrahi əməliyyat olunub. Onun ölümü ilə bağlı mənim heç bir günahım yoxdur”.

Məlumata görə, A. Hüseynzadə Vətən Müharibəsində ön cəbhədə xeyli sayda hərbçinin müalicəsində iştirak edib.

Qeyd edək ki, İ.Məmmədquliyeva daha sonra Bakıda özəl klinikaların birində əməliyyat olunub. Hazırda faktla bağlı prokurorluqda araşdırma aparılır.

Xatırladaq ki, bir müddət öncə Füzuli xəstəxanasının baş həkimi Natiq Şükürov və onun qardaşı oğlu Şəfa Şükürov vəzifə saxtakarlığında ittiham edilərək barələrində cinayət işi başlanılıb. Hazırda istintaq yekunlaşdırılaraq iş baxılması üçün məhkəməyə göndərilib.

Tarix: 17-11-2021, 17:19 Oxunub: 248


Bölməyə aid digər xəbərlər