15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Müharibə veteranı”na veriləcək təqaüdün məbləği açıqlandı

“Müharibə veteranı”na veriləcək təqaüdün məbləği açıqlandı

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək.

GununNebzi.az
xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən bu status verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara proaktiv qaydada Prezidentin aylıq təqaüdü təyin ediləcək.


Nazirlikdən bildirilib ki, ölkəmizdə başlanan yeni sosial islahatlar paketi çərçivəsində reallaşan bu tədbir Vətən Müharibəsinin iştirakçılarına dəstək məqsədi daşıyır.

“Müharibə veteranı” adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veriləcək.

Həmin şəxslərin siyahısı xidmət keçdikləri aidiyyəti qurumlar tərəfindən müəyyən ediləcək və Nazirlər Kabineti ilə razılaşdırılacaq.

Sərəncama əsasən, aidiyyəti qurumlar razılaşdırılmış siyahı nəzərə alınmaqla “Müharibə veteranı” adı və vəsiqəsini verəcək, həmin şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək. Nazirlik “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş və “Zəfər” altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Tarix: 29-12-2021, 19:56 Oxunub: 216


Bölməyə aid digər xəbərlər