13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Dövlət qulluqçularının pensiyalarındakı artım maaş artımlarını üstələyir”

“Dövlət qulluqçularının pensiyalarındakı artım maaş artımlarını üstələyir”

“Əvvəllər dövlət qulluqçularının pensiyaları əmək haqlarında artım olanda artırılırdı. Bu da müəyyən dövrdən bir həyata keçirilirdi. Ümumi hesablamalara əsasən müəyyən olunub ki, onların əmək haqlarında 20 faizlik artım olduqda həmin kəsimdən olan şəxslərin pensiyalarına cəmi 9,2 faizlik təsir edirdi”.

GununNebzi.az
xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident İlham Əliyevin pensiyaların indeksləşdirilərək artırılması və pensiyaçılara maddi yardımın ayrılması ilə bağlı yeni sərəncamı ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əvvəlki dövrlərə nəzər yetirsək görərik ki, pensiyalar kifayət qədər böyük həcmdə indeksasiya olunub. Məsələn, keçən il 11, 4 faiz həcmdə, ondan əvvəlki il 16,6 faiz həcmində indeksasiya həyata keçirilib: “Yəni sığorta prinsipi ilə pensiya alan şəxslərin pensiyalarında indeksləşdirmə üzrə artımlar həmin şəxslərin əmək haqları üzrə artımları daha da üstələyir. Həmin şəxslərə dövlət qayğısının daha da gücləndirilməsi istiqamətində bu addımlar atılır. Onların pensiyalarının əmək haqqı ilə deyil, indeksasiya ilə bağlı artırılması metoduna keçilib. Növbəti ildən bu metodologiya əsasında həmin şəxslərin pensiyasının artılırılması üçün qanunvericiliyə dəyişikliklər hazırlanır”.

Tarix: 8-02-2022, 15:19 Oxunub: 113


Bölməyə aid digər xəbərlər