21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Akif Çovdarovun əmlakları ilə bağlı şikayətinə bu tarixdə baxılacaq

Akif Çovdarovun əmlakları ilə bağlı şikayətinə bu tarixdə baxılacaq
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün məhkəmə qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

GununNebzi.az-
ın pravda.az-a istinadən məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası martın 13-nə təyin edilib.

Şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlaklarının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.

Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib. Qərardan narazı qalan Akif Çovdarov Bakı Apellyasiya Məhkəməsinin kassasiya şikayəti verib. Eks MTN-çi əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir.


Tarix: 11-03-2024, 09:33 Oxunub: 0


Bölməyə aid digər xəbərlər