09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Çovdarov yenidən əmlak mübarizəsində

Çovdarov yenidən əmlak mübarizəsində
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarov müsadirə edilmiş əmlaklarını geri qaytarmaq uğrunda mübarizəni davam etdirir.

GununNebzi.az-
ın qafqazinfo-ya istinadən məlumatına görə, keçmiş məhkum Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından kassasiya şikayəti verib.

Eks MTN-çi qərarla razılaşmır, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir. Şikayətə gələn il Ali Məhkəmədə baxılacaq.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.

Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklakın dövlət nəfinə müsadirəsinə qərar verib.


Tarix: 27-12-2023, 14:07 Oxunub: 2


Bölməyə aid digər xəbərlər