01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
İşsiz vətəndaşlar üçün SEVİNDİRİCİ XƏBƏR

İşsiz vətəndaşlar üçün SEVİNDİRİCİ XƏBƏRƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir.

Nazirlikdən verilən məlumata görə, işsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq.
Bu il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:

1.

Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)

16.

Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi)

2.

PVC qapı və pəncərə hazırlanması

17.

Brolyer inkubatoru

3.

Kişi bərbərxanası

18.

Qadın gözəllik salonu

4.

Avtoyağlama

19.

Avtomobil şinlərinin təmiri

5.

Kompüter oyun salonu

20.

Avtoyuma

6.

Mebel (Kəsmə, Bant vurma, Oyma işləri)

21.

Avtoçilingər

7.

Dizayner

22.

Dülgər

8.

Dəmirçi

23.

Dönərçi

9.

Avtotornaçı (tokar)

24.

Yem üyütmə xidməti (mini yem dəyirmanı)

10.

Parket və taxta döşəmə cilalanması

25.

Yun darama

11.

Avtoelektrik

26.

Naxış vurma

12.

Meyvə qurutma

27.

Təlim-tədris

13.

Fitnes (idman)

28.

Musiqiçi

14.

Poliqrafiya xidmətləri

29.

Ayaqqabı təmiri və istehsalı

15.

Foto xidməti

30.

İstixana

Layihəyə cəlb edilmək üçün “e-sosial” portalında “Məşğulluq” altsistemində və ya aşağıda qeyd olunan e-mail ünvanlarına müraciət edilə bilər: [email protected]; [email protected] göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir.


Tarix: 3-09-2020, 17:20 Oxunub: 230


Bölməyə aid digər xəbərlər