23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qardaşı və oğlu cəbhədə olan Əflatun Qubadov: “Hər ikisinin borcudur”

Qardaşı və oğlu cəbhədə olan Əflatun Qubadov: “Hər ikisinin borcudur”Müğənni Əflatun Qubadovun qardaşı və oğlu Orxan ikinci Qarabağ müharibəsinin iştirakçılarından olub.

GununNebzi.az axşam.az-a istinadən verir ki, sənətçinin ailə üzvləri könüllü olaraq döyüşə yollanıblar. Məsələ ilə bağlı Ə.Qubadova suallar ünvanlasaq da, o, bu mövzudan danışmağı özünə yaraşdırmadığını dedi:

"Hər ikisinin borcudur. Gedib Vətən borclarını yerinə yetiriblər. Bununla özümü reklam etmək istəmirəm. Kimin uşağından əskikdirlər? Getməliydilər də. İndi mən müharibəylə özümü reklam edim? Bəs onda şəhid anaları nə etsinlər? Mən efirə çıxmağa utanıram. Şəhid anaları baxır, necə mahnı oxuyum? Olmaz".


Tarix: 26-11-2020, 21:00 Oxunub: 196


Bölməyə aid digər xəbərlər