10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
"Ay xanım müğənnilər, dar hərbi şalvarı hara geyinirsiniz?"

"Ay xanım müğənnilər, dar hərbi şalvarı hara geyinirsiniz?"“Bu müğənniciklərə kimsə desin də əsgər formasını əyninizə geyinib efirə çıxmayın! Bir az hörmətiniz olsun”.

GununNebzi.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Lalə Mustafayeva sosial şəbəkə hesabında yazıb.

Teleaparıcı sənət adamlarının hərbi forma geyinməsini sərt şəkildə qınayıb:

“Oğullar can qoyub o formalarda. Xüsusilə ay xanım müğənnilər, dar hərbi şalvarı hara geyinirsiniz? Bir az abrınız olsun! Kimsə məni qınamasın. Amma həqiqətən baxanda iyrənirəm və utanıram! Həm qadın həm kişilər, etməyin bunu! Şəhidlərdən utanın!”

İzləyiciləri onun müğənni Şəbnəm Tovuzlunun bostanına daş atdığını yazsalar da, aparıcı bu sözlərin forma geyinən hər bir müğənniyə aid olduğunu bildirib. /"Pravda.az"


Tarix: 1-01-2021, 18:35 Oxunub: 224


Bölməyə aid digər xəbərlər