Tanınmış teleaparıcı, "Xəzər" televiziyasının sözçüsü Aqşin Kamal işdən çıxıb.
GununNebzi.az xəbər verir ki, bu barədə aparıcı şəxsi Facebook səhifəsində yazıb.
O, öz istəyilə işdən çıxdığını və fərqli bir sahədə fəaliyyətə başlayacağını bildirib.
"2012 - ci ilin mart ayından gəldiyim XƏZƏR televiziyasından öz istəyimlə ayrılmağa qərar verdim. Televiziyanın rəhbəri Murad Dadaşova qərarımı açıqlayanda özünün də dediyi kimi, mənə böyük qardaş münasibəti sərgilədi. Hətta Xəzər TV - də qalıb çalışmağımı təkid etdi və fəaliyyətimi çox yüksək qiymətləndirdi. Murad müəllim, bu jestə görə təşəkkür edirəm! Hələ tələbəlik illərindən başlayan 19 illik jurnalıstika fəaliyyətim dövründə müxtəlif televiziyalarda müxbir, aparıcı, redaktor, şöbə müdiri, tv sözçüsü kimi vəzifələrdə çalışmışam. Bu illər ərzində məni öyrədən və dəstək olan hər kəsdən Allah razı olsun! Haqqınızı halal edin! İnşallah yaxın günlərdə tamam fərqli və yeni bir sahədə işləməyə başlayacağam".
Qeyd edək ki, A.Kamal 2012-ci ildən "Xəzər" TV-də çalışırdı.
Bölməyə aid digər xəbərlər