“Xəyanəti heç vaxt bağışlamaram. İlk dəfə mənə xəyanət ediblər. Xəbərim olub, bağışlamamışam. Bu məsələni hamı bilir. Qürur başqadır, sədaqətsizlik, xəyanət başqadır. İnam itir. Ümumiyyətlə kişi qadına xəyanət edirsə, bildirməsin. Əgər bunu bacarırsa ... Bu ortaya çıxırsa, xanımı haqsız çıxarırsa, haradadır ədalət?!”
GununNebzi.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” proqramında qonaq olarkən bildirib.
Məşhur müğənni “33 sual” rubrikasında şəxsi həyatı barədə maraqlı açıqlamalar verib. Sənətçi hazırda sevgilisinin olmadığını qeyd edib. Bundan əlavə, A. Kazımova uzun illər əvvəl həyat yoldaşından ayrılsa da, boşanmadığını bildirib. O, şəxsiyyət vəsiqəsində hələ də “evli” yazıldığını deyib.
Xalq artisti qeyd edib ki, kişilər sevgi etirafından qorxurlar: “Məni xanımlar daha çox sevir. Mesaj yazırlar ki, siz bizə stimul verirsiz. Deyirlər ki, sizi görəndə yaşamaq istəyirik. Kişilər də məni çox sevir. Amma etiraf etməyə qorxurlar. Nə zəmanəyə gəldik ki, kişilər etiraf etməyə qorxurlar. Mən kişi olsaydım, qadını sevsəydim, etiraf edərdim. Sevib daxilində saxlamaq necə ola bilər? Səhnədə başqayam, sevgidə başqa. Məni səhv anlayırsız. Sevgidə quzu kimiyəm. Səhnədə şah, padişah, sahibkaram. Amma gecə həyatını sevmirəm, əyləncələrdə olmuram. Bunların hamısı səhnədə baş verir”.
Həmçinin Kazımova illər əvvəl intihara cəhd etdiyini söyləyib: “Möcüzəvi bir şəkildə xilas oldum. Bu barədə çox danışmaq istəmirəm”.
Pop ulduz Xalq artisti İlhamə Quliyevanın ölümündən sonra şou-biznesdə yaranan durğunluqdan da söz açıb: “Allah rəhmət eləsin. İlhamə Quliyeva rəhmətə gedəndən sonra şou-biznesdə maraqlı hadisələr baş verdi. Hamı dedi ki, onun yerini mən tutacam. Hansı yeri? Mən sadəcə bilmək istəyirəm, söhbət hansı yerdən gedir? İlhamə xanım bir böyük kimi hamını yerində otuzdururdu. Arada mənə də dəydi. Ümumiyyətlə şou-biznes oyundur. Hər kəslə bir cür danışmalı, rəftar etməlisən”.
Aygün Kazımova uzun illərdir aralarında soyuq küləklər əsən Xalq artisti Röya Ayxan barədə verilən sualı da cavablandırıb: “W- trio mənə doğmadı. Vaqif Gərayzadə elə qızlar seçib ki, hər birinin özünəməxsus istedadı var. Üçü də mənə əzizdir. Mən Röya Ayxanla küsülü deyiləm, belə bir hiss yaşamıram. Bəlkə Röya məndən küsüb? Uman yerdən küsərlər. Başqa cür küsməyə haqqı yoxdur, mən böyüyəm”
Bölməyə aid digər xəbərlər