23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Aygün Kazımova qaralara bürünüb göz qamaşdırdı - FOTO

Aygün Kazımova qaralara bürünüb göz qamaşdırdı - FOTO

gununnebzi.az Xalq artisti Aygün Kazımova maraqlı səhnə obrazında obyektiv qarşısına çıxıb.

Karantin günlərini evdə keçirib, idman və pəhriz nəticəsində yeddi kiloqram arıqlayan sənətçi, qara, qol hissələri bol enli, ətəyi isə əl işləmələri ilə bəzədilən libasda pozlar verib.



Kazımova libasını başına bağladığı eyni rəngdə və materialdan olan aksesuar ilə tamamlayıb.

Müğənninin dəbdəbəli, bir o qədər də sadə vizajı üzərində isə məşhur makiyaj ustası Ruxa çalışıb.

Libasın müəllifi isə Aygünün yaxın dostu, dünya şöhrətli stilist və dizayner Rüfət İsmayıldır. Geyim “Affffair.fff” brendinin yeni kolleksiyasına daxildir.

Pop diva fərqli və nəfis görünüşünü əks etdirən fotolarını “Gözəl günlər bizi gözləyir” başlığı ilə bir milyonluq “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.

Xalq artistinin paylaşımını 10 minlərlə izləyici bəyənib, 450-yə yaxın isə şərh yazılıb.


Tarix: 7-05-2020, 10:33 Oxunub: 132


Bölməyə aid digər xəbərlər
13-05-2019, 18:47 "Onu sevirəm" - Dilarə