13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
Maqsudun müğənniləri necə təhdid etdiyi məlum oldu
Ötən ildən axtarışda olan, Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən iş adamı, bloqer Maqsud Mahmudovun tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət Fərmanqızıya qarşı törətdiyi cinayət əməlinin detalları üzə çıxıb.
GununNebzi.az “Qafqazinfo”-ya əldə etdiyi məlumata görə, M.Mahmudov beynəlxalq axtarışda olduğu vaxt, 2020-ci ildə yutubda əməkdar artist Vasif Məhərrəmlinin şəxsi həyatı barədə ictimai nüfuzuna xələl gətirən fikirlər səsləndirib. Daha sonra Ukrayna mobil nömrəsindən mesaj yazaraq onun özündən yaşca böyük qadınla nikahdankənar münasibətləri və şəxsi həyatı barədə məlumatlara malik olduğunu deyib. M.Mahmudov həmin məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə əməkdar artistdən 1000 manat tələb edib. V.Məhərrəmli isə üçüncü şəxs vasitəsilə pulu M.Mahmudova verib.
İş adamı eyni tələblə müğənni Afət Fərmanqızını da hədələyib. Belə ki, Mahmudov müğənninin intim görüntülərinə malik olduğunu deyib və şəxsi həyatı barədə məlumatları sosial şəbəkələrdə yaymaqla hədələyib. Lakin A.Fərmanqızı M.Mahmudovun tələb etdiyi 1000 manatı ona verməyib. Bundan sonra təqsirləndirilən şəxs yutubda müğənninin şəxsi həyatı ilə bağlı rüsvayedici məlumatlar yayıb.
Vasif Məhərrəmli işlə bağlı dindirilərkən bildirib ki, o, yutubda özü haqqında videonu görəndən sonra Mahmudovla əlaqə yaradıb: “Maqsud adlı şəxs mənim barəmdə təhqir və rüsvayedeci video yaymışdı. Həmin videoya baxanda gördüm ki, bu adam mənim anam yaşında bir qadınla qeyri-rəsmi yaşadığımı və həmin qadına guya 3 otaqlı mənzil alıb orada saxladığımı deyir. Videoda onun yerləşdirdiyi xarici nömrəyə zəng vurub danışdım. Maqsuda bildirdim ki, yaydığı məlumatlar həqiqəti əks etdirmir. Həm də ailəmdə və tanıdığım şəxslər arasında lazımsız söz-söhbətə səbəb olur.
Bir müddət sonra Maqsud həmkarlarım-Manaf Ağayev və Afət Fərmanqızı haqqında da oxşar məlumatlar yaydı. Manaf və Afət xahiş etdilər ki, onları Maqsudla danışdırım. Üçümüz Maqsudla görüntülü danışdıq və xahiş etdik ki, sənət adamları barəsində belə şeylər yaymasın. Bir müddət sonra Maqsud mənə zəng edərək təcili 1000 manat lazım olduğunu, pulu verməsəm, yutubda mənim özümdən yaşca böyük qadınla nikahdankənar münasibətdə olmağımı və məni nüfuzdan salacaq rüsvayedici məlumatlar yayacağını dedi. Bildirdi ki, videoda ağır ittihamlar olacaq və məni elə hörmətdən salacaq ki, çölə çıxmağa üzüm olmayacaq. İllərdir qazandığım hörmət yerə dəyməsin deyə, Maqsudun hədə-qorxusuna inanıb razılaşdım. Pulu göndərdiyi bir adama verdim. Pulu verəndən sonra Maqsud daha haqqımda heç bir məlumat yaymadı. Onun tutulub Azərbaycana gətirildiyini öyrənəndən sonra şikayət etmək qərarına gəldim”.
Müğənni Afət Fərmanqızı isə ifadəsində bildirib ki, yutubda Maqsud Mahmudovun onun barəsində yaydığı videonu görəndən sonra müğənni tanışı Manaf Ağayevdən kömək istəyib: “Manaf mənə Vasif Məhərrəmlinin bu işdə kömək göstərə biləcəyini dedi. Üçümüz vatsapdan Maqsuda görüntülü zəng elədik. O, mənim oğlumun atasının kimliyinin bəlli olmadığını demişdi. Mənim oğlum yetkinlik yaşındadır və bunu görüb depressiv hala düşmüşdü. Hətta özünə qəsd edəcəyindən də ehtiyat etmişdim. Bir müddət sonra Maqsud zəng edib maddi sıxıntıları olduğunu dedi. Bildirdi ki, mənim gürcüstanlı bir adamla intim görüntülərimi əldə edib.
Dedi ki, “1000 manat versən, görüntüləri yaymayacağam”. Amma mənim heç bir gürcüstanlı şəxslə yaxın münasibətim olmadığından Maqsudun hədə-qorxu ilə 1000 manat pul almağa çalışdığını başa düşdüm. Ona görə də pulu verməkdən imtina etdim. Bir neçə gün sonra Maqsud yutubda mənim guya Paşa adlı gürcüstanlı şəxslə intim görüntülərim olduğunu deyərək video yaydı. Daha sonra Ukraynanın səlahiyyətli şəxslərinə müraciət edib Maqsud Mahmudovun qanunsuz əməlləri barədə məlumat verdim. Bir müddət sonra da onun tutularaq Azərbaycana gətirildiyini gördüm”.
Qeyd edək ki, külli miqdarda dələduzluq etmək ittihamı ilə axtarışa verilən Maqsud Mahmudov ötən ilin sentyabrında Ukraynada saxlanılıb. Azərbaycana təhvil verilən Mahmudovun 90 nəfəri aldadaraq zərər verdiyi bildirilir.
Bölməyə aid digər xəbərlər

Tarix: 3-02-2022, 15:13 Oxunub: 290
Bölməyə aid digər xəbərlər
26-01-2022, 19:50
Maqsud Mahmudov Afət Fərmanqızını videolarla şantaj edib
18-09-2021, 10:45
Maqsud Mahmudov Azərbaycana təhvil verildi
18-09-2021, 12:02
Maqsud Mahmudov Azərbaycana belə gətirildi - Video
20-09-2021, 17:20
Afət Fərmanqızı Maqsuddan danışdı
26-01-2022, 09:33
Maqsud Mahmudov 90 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur