Təranə Qumral və Musa Musayev cütlüyünün qızı Qumral da müğənniliyə başlayıb.
GununNebzi.az xəbər verir ki, o, ifaçı kimi ilk işini də təqdim edib. Qumral söz və musiqisi Vüsal İbrahimov, aranjimanı isə İsmayıl Əlizadəyə məxsus olan "Mən səhv etdim" adlı mahnını ifa edib. Sözügedən mahnıya isə onun həyat yoldaşı Natiq Abdul ekran həyatı verib.
Qumral açıqlamasında bildirib ki, ona bu işdə ən böyük dəstəkçiləri ailəsi və valideynləri olub:
"Axır ki, anamın və həyat yoldaşımın icazəsi ilə mən də arzuma nail oldum. Bütün arzularım kimi, bu da arzum da yerinə yetdi. Bu sevinci mənə yaşatdığınıza görə sizə çox təşəkkür edirəm, mənim dəyərlilərim.
Klip daha gözəl ola bilərdi. Amma vəziyyətlə bağlı belə alındı. Olduğumuz yerdən. Çox şirin mahnı və klip alınıb. Bir neçə gün olar paylaşmışam, amma artıq müsbət fikrlər alıram. İnşallah bu mahnı və klip sevilsə, yeni işlərim olacaq".
(Metbuat.az)
Bölməyə aid digər xəbərlər