23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Könül Xasıyeva daha bir jurnalisti polisə verdi - Qalmaqal böyüyür

Könül Xasıyeva daha bir jurnalisti polisə verdi - Qalmaqal böyüyür

Xalq artisti Könül Xasıyeva daha bir jurnalisti, “Olay.az” saytının rəhbəri Pərviz Hüseyni polisə şikayət edib.

GununNebzi.az
Bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb saytda Xalq artistinin müalicə üçün topladığı ianəyə özünə it alması barədə məlumatın yayılması olub.

Belə ki, P. Hüseyn K. Xasıyevanın topladığı ianəyə 2 min manata it aldığını yazıb və polis ondan bu məlumatı haradan əldə etməsini soruşub. Sayt rəhbəri isə bunu Bakupost.az-dakı müsahibədən götürdüyünü bildirib.
Lakin P. Hüseyn bu xəbəri təkzib edib və polisə belə bir məlumat vermədiyini deyib. Onun sözlərinə görə, polis ona zəng edib İdarəyə dəvət edib, o isə rəsmi dəvət istəyib: “Bizim danışıqlarımızın səs yazısı var, mən Günel Musanın və “Bakupost”un adını çəkməmişəm”.
Qeyd edək ki, Könül Xasıyeva aparıcı Zaur Kamalı polisə verib.

Ötən gün Bakı Şəhər Baş Polis İdarəsinə gələn Xalq artisti bildirib ki, Bakupost.az –a verdiyi müsahibə ilə bağlı heç bir narazılığı, şikayəti yoxdur.
K. Xasıyevanın şikayəti yalnız Zaur Kamal və Pərviz Hüseyndəndir.

Tarix: 23-11-2022, 10:52 Oxunub: 38


Bölməyə aid digər xəbərlər