İbrahim Borçalı avtomobil qəzasında ötən gün dünyasını dəyişən oğlunun nəşini Bakıya gətirə bilməyib.
Bu barədə şairə Nazilə Səfərli sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə uzun danışıqlardan sonra İbrahim Borçalı, xanımı Zöhrə və qayınatası nəhayət ki, Gürcüstana keçə biliblər: "Qızı isə təəssüf ki, Bakıda qalmalı oldu. Bacının qardaşın vidasına gedə bilmədiyi dövrə gəldik. Nə ağır il oldu bu il".
Nazilə Səfərli bildirib ki, anası hələ də oğlunun vəfat etdiyini bilmir:
"Ən pisi odur ki, Zöhrə yazıq hələ də bilmir oğlu rəhmətə gedib. Sərhəddə xəyal qururmuş ki, mən karantində olana qədər oğlum komadan ayılar. İndi evlərinə çatmış olar. Bilmirəm, ona niyə yalan dedik. Həqiqəti bilsəydi, bu uzun yolu onu aparmaq mümkün olmayacaqdı.
Oğlunu tabutda görüb necə tab gətirəcək... Heç bir ata-ana bu acını yaşamasın. Nə ağır dərddir".
Xatırladaq ki, müğənni İbrahim Borçalının oğlu iki gün əvvəl Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. Ağır avtomobil qəzası keçirən Rəhim yerindəcə keçinib. Türkiyədə təhsil alan gənc uzun müddətdir Gürcüstanda imiş.
Bölməyə aid digər xəbərlər