“Səhər açılandan bütün həkim dostlarım və həkim qohumlarım mənə yazır ki, həkimləri niyə təhqir etmisən?! Əvvəlcə heç nə anlamadım və məsələnin instagram səhifəmlə bağlı olduğunu öyrəndim. Təbii ki, səhifəmi işlədən şirkətlə əlaqə saxladım və bu neqativ halın necə baş verməsi ilə maraqlandım. Və məlum oldu ki, gecə ilə mənim Instagram səhifəm hack olunub”.
GununNebzi.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova öz feysbuk səhifəsində yazıb. Sənətçinin sözlərinə görə, gecə ərzində onun adından tək həkimlərə yox, hər kəsə neqativ şərhlər yazıblar.
“Mən də bunun qərəzli şəkildə mənə qarşı yönəldilən bir qara PR olduğunu anlayandan sonra məcbur olub paylaşımı sildim və açıqlama yazdım. İndi isə bir daha hamınızın bilməyini istəyirəm. Günlərdir yaxşı həkimlərimizin sitat və səhifələrini paylaşıram, onların ünvanına gözəl sözlər yazıram, təşəkkür edirəm, bəs niyə bunları “manşet” etmirdiniz? Bir ağıldankəmin yazdığı neqativ şərhləri nə tez başlığa çevirdiniz? Heç mən olmadığımdan şübhə etmədinizmi? Nə tez məni xalq düşməni etdiniz.
Və şükür ki, səhifəni artıq bərpa etdik”, - deyə E. Xəlilova bildirib.
Qeyd edək ki, Elnarə Xəlilova ötən gün sosial şəbəkə hesabında həkimləri tənqid edib, həmçinin koronavirusla mübarizəyə qoşulmuş tibb işçilərinin ünvanına bir sıra ittihamlar səsləndirib.
(Qafqazinfo)
Bölməyə aid digər xəbərlər