Gəncə Dövlət Teatrının aparıcı aktrisası, əməkdar artist Kəmalə Məmmədovanın səhhətində problem yaranıb. Aktrisanın kirayə qaldığı evində halı qəfildən pisləşib. O, dərhal təcili tibbi yardıma müraciət edib.
gununnebzi.az xəbər verir ki, Ölkə.az-a danışan aktrisa açıqlamasında koronavirus pandemiyası ilə əlaqədər işsiz qaldığını, buna görə də ikinci bir işdə çalışmaq üçün Sənan Hacıyevə dəfələrlə müraciət etdiyini bildirib:
“Pandemiya dövründə tetrlar bağlandığı üçün bir çox aktrisa kimi mən də işsiz qalmışam. Bu zaman ərzində əlavə gəlir yerim olmadığı üçün bir çox çətinliklərlə üzləşdim, adicə evimin kirayə pulunu ödəyə bilmirəm. Son 4 ayda mən dəfələrlə bu idarəyə işlə təmin olunmağım üçün müraciət etmişəm. Hətta müraciətlərimdə xadimə işi olsa belə, çalışa biləcəyimi bildirməyimə baxmayaraq, bu insan məni 4 aydır aldadır. Hər dəfə tezliklə işlə təmin olunacağımı deyərək mənə yalandan vədlər verib. İki həftə bundan əvvəl isə pandemiya dövründə hər yerdə işə qəbulun dayandırılmasını arqument gətirərək, məndən sentyabrın 1-nə qədər gözləməyimi xahiş etdi. Lakin bu dəfə də Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev verdiyi sözünün üzərində durmayaraq, məni aldatdı”.
Əməkdar artist xadimə işi axtarır - “Kirayə pulunu ödəyə bilmirəm”
Əməkdar artist xadimə işi axtarır - “Kirayə pulunu ödəyə bilmirəm”
Bölməyə aid digər xəbərlər