01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Təhsil nazirindən əmr: Şuranın yeni tərkibi təsdiqləndi

Təhsil nazirindən əmr: Şuranın yeni tərkibi təsdiqləndiTəhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvlərinin yeni tərkibi təsdiq edilib.

GununNebzi.az xəbər verir ki bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Təhsil Nazirliyinin “Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında” əmrinin birinci hissəsində “Şuranın üzvləri” yeni tərkibdə təsdiq edilib.

Şuranın üzvləri - TN-nin Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təyin edilib.

Əmrin icrasına nəzarəti nazir öz üzərində saxlayıb.


Tarix: 25-11-2020, 11:40 Oxunub: 218


Bölməyə aid digər xəbərlər