23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Tələbə 20 ilə qədər müddətdə bu krediti ödəyə bilər”

“Tələbə 20 ilə qədər müddətdə bu krediti ödəyə bilər”

“Tələbə kreditləri dünyanın bir çox ölkələrində mövcuddur. Azərbaycanda isə tələbələrin bir hissəsi dövlət sifarişi hesabına, bir hissəsi öz hesabına oxuyurdu. Təhsil Tələbə Krediti Fondu öz hesabına təhsil alan tələbələri əhatə edəcək”.

GununNebzi.az
xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu, təhsilin əlçatanlığına səbəb olacaq. Növbəti təhsil ilindən daha çox tələbənin maliyyələşməsi həyata keçiriləcək:

“İnanırıq ki, növbəti təhsil ilindən bu sistem həyata keçiriləcək. İki qrup - sosial həssas ailələrdən olan uşaqlara verilən kreditlər, çox kiçik faizi olan və standart paket var. Onların da faiz dərəcəsi az olacaq. Giriş balları nəzərə alınacaq. Əgər tələbənin qiymətləri yüksəkdirsə, tələbəyə güzəştlər oluna bilər. Bu kredit kommersiya xarakteri daşımır. Tələbə təhsilini bitirdikdən sonra 20 ilə qədər müddətdə bu krediti ödəyə bilər”.

Tarix: 18-06-2021, 12:20 Oxunub: 272


Bölməyə aid digər xəbərlər