16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Özəl məktəblərdə təhsilin dayandırılmasının səbəbi məlum oldu

Özəl məktəblərdə təhsilin dayandırılmasının səbəbi məlum oldu

“Özəl məktəblərin təqvimi onsuz da dövlət məktəblərindən fərqlənirdi”.

GununNebzi.az
xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib.

O bildirib ki, bu məktəblərdə tədris proqramı daha uzundur: “Özəl məktəblər tədrisi öz proqramlarına uyğun qura bilərlər. Amma məsuliyyəti də dərk etməlidirlər. Yoluxma sayı kəskin həddə çatarsa, onların da fəaliyyəti sual altına düşə bilər. Ona görə də qərar verərkən riskləri də hesablamalıdırlar.

Özəl məktəblər daha kiçikhəcmli olduqları üçün onların fəaliyyətinin ölkədə ümumi pandemioloji vəziyyətə təsir edəcəyini düşünmürük. Amma həmin məktəbin fəaliyyətinə təsir edə bilər. Ona görə də özəl məktəblər riskləri nəzərə alıb tədrisin bərpasına 1-2 həftə tez başlaya bilərlər”.

Qeyd edək ki, bəzi özəl məktəblər sentyabrın 1-dən təhsilə başlasalar da, sonradan onların fəaliyyəti saxlanılıb.

Tarix: 7-09-2021, 14:41 Oxunub: 91


Bölməyə aid digər xəbərlər