15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Azərbaycanda tələbələr etiraz edir: Dövlət imtahanı ləğv edilsin - VİDEO

Azərbaycanda tələbələr etiraz edir: Dövlət imtahanı ləğv edilsin - VİDEO

Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə bu çağırışa qoşulub. Buna səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir. Tələbələr bununla bağlı oxuduqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər.

GununNebzi.az
xəbər verir ki, ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Tələbələr bildirirlər ki, dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçmələrinə baxmayaraq, dövlət imtahanı verəcəklər. Onlar isə bunu istəmirlər.

Tələbələr fikirlərini onunla əsaslandırırlar ki, son iki ildə pandemiya şəraiti nəzarə alınaraq sonuncu kurs tələbələri üçün dövlət imtahanı ləğv olunub və onlar Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə görə diplom alıblar. Tələbələr bu il də eyni təcrübədən istifadə edilməsi üçün təhsil aldıqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər.

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, Azərbayanda pandemiya dövrü hələ də başa çatmayıb, karantin rejimi uzadılıb. Universitetlər təhsili tam olaraq bərpa etməyiblər. Ona görə də dövlət imtahanı birmənalı şəkildə ləğv edilməlidir.

Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.

Tarix: 26-05-2022, 22:13 Oxunub: 33


Bölməyə aid digər xəbərlər