23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
I, II, III kurslar, qiyabi təhsil alanlar MÜTLƏQ OXUSUN: nazirlik mühüm qərarları açıqladı

I, II, III kurslar, qiyabi təhsil alanlar MÜTLƏQ OXUSUN: nazirlik mühüm qərarları açıqladı

Qiyabi təhsil alan tələbələr daha çox sərbəst işləyirdilər. Onlar üçün sadəcə 1 ay müddətində tədris prosesi təşkil olunurdu. Elə təhsil müəssəsiləri vardı ki, pandemiyadan əvvəl qiyabi təhsillilər üçün bu prosesi təşkil etməyə başlamışdılar. Əyani əsaslarla təhsil alan tələbələr üçün qəbul edilmiş bütün qərarlar qiyabilərə də aiddir.

B u barədə Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin ötən gün verdiyi "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarının Təhsil Nazirliyinin aidiyyəti sturkturlarının nümayəndələri tərəfindən təşkil edilən video-konfransında danışıb.

O bildirib ki, I, II, III kurslardakı tələbələrin cari və aralıq qiymətləndirilməsi ali təhsil müəssisələrinin ixtiyarına buraxılacaq: “Ali təhsil müəssisəsi 50 semestr, 50 imtahan balı balansını dəyişdirmək hüququna malikdir. Proses Elmi Şuranın tsədiqi ilə Təhsil Nazirliyi ilə razılaşdırılacaq”.

Sektor müdiri xatırladıb ki, hər tələbə auditoriya saatlarının 25 faizindən çox dərsləri buraxırdısa, bu halda, həmin fəndən imtahana buraxılmırdı: “Lakin mövcud vəziyyət nəzərə alınaraq həmin hədd aradan qaldırılıb. Bu il buradakı balanslaşmanı ali təhsil müəssisəsinin özü müəyyən edəcək”.


Tarix: 20-05-2020, 18:31 Oxunub: 151


Bölməyə aid digər xəbərlər