23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İcra başçısı kətə bişirən qadına xəbərdarlıq etdi - FOTO

İcra başçısı kətə bişirən qadına xəbərdarlıq etdi - FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər rəsmiləri Gəncənin bir sıra ərazilərində olublar. Şəhər rəhbəri burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olub, səyyari (mövsumi) xidmətin təşkil edildiyi məkanlara baş çəkib.

Niyazi Bayramov Gəncədə inşası yekunlaşmaq üzrə olan modul tipli xəstəxanada olub və görülən işlərlə maraqlanıb. Bildirilib ki, xəstəxanın ətrafında abadlıq-quruculuq tədbirləri həyata keçirilir. Şəhər rəhbəri bu istiqamətdə öz tapşırıq və tövsiyyələrini verib.

Daha sonra Niyazi Bayramov və rəsmilər şəhərdə səyyari (mövsumi) xidmətin təşkil edildiyi ərazilərdə fəaliyyət göstərən obyektlərədə baş çəkiblər. İcra başısı görüşdə bildirib ki, karantin rejiminin yumşaldılmasından sonra belə Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl edilməlidir, habel tibbi maska və əlcəkdən istifadə olunmalıdır. Həmçinin, açıq hava şəraitində çalışmaqlarına baxmayaraq şəxsi qiqiyenaları ilə yanaşı xidməti sahələridə təmiz saxlamalı və dezinfeksiyaedici məhlullardan istifadə etmələlidirlər. Niyazi Bayramov sahibkarların diqqətinə onu da çatdırıb ki, qaydalara riayət etmək ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının,habelə xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması isə qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Eyni zamanda şəhər rəhbəri sakinlər arasında da profilaktik söhbətlər aparıb, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırıb.

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.


Tarix: 30-05-2020, 11:30 Oxunub: 33


Bölməyə aid digər xəbərlər