23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sərt karantin rejimində maşın təmir etmək baha başa gəldi

Sərt karantin rejimində maşın təmir etmək baha başa gəldiQubada koronavirusla mübarizə çərçivəsində tətbiq edilən karantin qaydalarını pozan obyekt aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək, fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.

Dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb, qaydaları pozan şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.


Tarix: 25-11-2020, 11:13 Oxunub: 188


Bölməyə aid digər xəbərlər