23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
MİDA Hövsandakı mənzillərin satışını davam etdirir

MİDA Hövsandakı mənzillərin satışını davam etdirirMənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı 18 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-ə qədər davam edəcək.

Bu barədə MİDA-dan məlumat verilib.

“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-ə qədər davam edəcək. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.


Tarix: 11-12-2020, 15:19 Oxunub: 151


Bölməyə aid digər xəbərlər