“COVID-19-la bağlı mütəxəssislər deyir ki, panikaya düşməyin!
Koronavirusa yoluxub müəyyən təcrübəsi olanlar da deyir ki, panikaya düşməyin!
Düz deyirlər! Panika, təşviş, həyəcan immun sistemi zədələyir, zəiflədir....xəstəliyin daha ağır keçməsinə zəmin yaradır...”.
Bunu tanınmış pediatr Vaqif Qarayev bildirib.
“Amma bir qrup insanlarımız var....kəşfiyyatçı kimi bəd xəbər axtarışındadılar....fürsət düşən kimi həyəcan doğuracaq xəbərlər paylaşırlar.....etməyin! Etməməklə başqasının əsəb sistemini qorumuş olursunuz!
İndi bütün dünya ümidini vaksinə bağlayıb...bizə yaxın və uzaq ölkələrdə peyvəndləmə başlayır... Avropa İttifaqı da vaksinasiyaya başlamaq haqqında qərar verib... bu günə bu bəladan qurtulmağın başqa yolu yoxdur! Biz də insanları vaksinə inandırmalıyıq... əksini düşünənlər bu xalqa düşmənçilik edir!!!”, - Vaqif Qarayev əlavə edib.
Bölməyə aid digər xəbərlər