23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Haram iş üçün getdiyini bildiyi müştərini daşıyan taksi sürücüsü günahkardırmı?..”

“Haram iş üçün getdiyini bildiyi müştərini daşıyan taksi sürücüsü günahkardırmı?..” “Hər hansı bir taksi sürücüsü avtomobilə əyləşən müştərinin günah davranışlar ardınca getdiyini bildiyi halda həmin şəxsə xidmət göstərərsə, günahkar sayılırmı?”

gununnebzi.az Rusiya mediasına istinadla xəbər verir ki, Dağıstan Müftiliyinin fətvalar şöbəsindən bu suala aşağıdakı cavab verilib.

“Allahın adı ilə! Aləmlərin Rəbbinə həmd olsun! Elçisi Məhəmmədə bərəkət və salam!

Əgər böyük ehtimalla günah edəcəkləri güman edilirsə, başqalarına, hətta qeyri-müsəlmanlara edilən hər hansı bir yardım haramdır. Amma yalnız bunda şübhə edirsinizsə, kömək etmək arzuolunmazdır.

Sürücü böyük ehtimalla müştərinin günah etdiyi yerə çatmaq üçün bir taksi tutduğunu düşünürsə, onda həmin şəxsi nəqliyyatla təmin etməsi günahdır. Yox, taksi sürücü, sadəcə, bunda şübhə edirsə, belə sifarişi qəbul etmək məkruhdur - arzuolunmazdır.

Ən doğrusunu Allah bilir”.


Tarix: 30-12-2020, 14:41 Oxunub: 115


Bölməyə aid digər xəbərlər