23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu tarixdən taksi xidmətləri məhdudlaşdırılacaq - RƏSMİ

Aprelin 5-dən etibarən ölkə ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi ilə əlaqədar hərəkətinə icazə verilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin, eləcə də, taksi xidməti göstərən şəxslərin fəaliyyəti dayandırılacaq.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev məlumat verib.

O bildirib ki, ölkə ərazisində karantin müddəti başa çatana qədər taksi xidməti göstərən şəxslərin fəaliyyəti məhdudlaşdırılacaq:

“Ölkə ərazisində 30 mindən çox taksi fəaliyyəti göstərən nəqliyyat vasitəsi var. Onların hər birinə icazə vermək olmaz. Karantin müddətində taksi şirkətlərinin məhdud sayda sürücülərinin fəaliyyətinə icazə var. Bu şərtlə ki, həmin şirkətlər sürücüləri haqqında məlumatları icaze.gov.az saytına yerləşdirsinlər. Həmin məlumat əsasında onların fəaliyyətinə icazə veriləcəksə, bu halda onlar işləyə biləcəklər.

İcaze.gov.az saytında adı olmayan, fəaliyyətinə icazə verilməyən taksi sürücüləri qaydalara riayət etməzsə, aprelin 5-dən etibarən məsuliyyətə cəlb olunacaqlar. Həmin tarixdən etibarən taksilərin müəyyən ərazilərdə toplaşması qadağan edilir”.

“Fəaliyyətinə icazə verilən xidmət sahələrində çalışan əməkdaşlar icaze.gov.az saytında qeydiyyatdan keçməklə şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər”, - deyə Kamran Əliyev qeyd edib.


Tarix: 3-04-2020, 12:00 Oxunub: 88


Bölməyə aid digər xəbərlər