23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu il məhkəmələrin saxlanılmasına ayrılan vəsait açıqlandı

Bu il məhkəmələrin saxlanılmasına ayrılan vəsait açıqlandıAzərbaycanda bu il dövlət büdcəsində məhkəmə hakimiyyəti üçün 109 milyon 960 min 320 manat ayrılıb.

GununNebzi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Bu vəsaitin 9 milyon 298 min 948 manatı Konstitusiya Məhkəməsinə, 14 milyon 287 min 871 manatı Ali Məhkəməyə, 9 milyon 117 min 236 manatı Bakı Apellyasiya Məhkəməsinə, 3 milyon 319 min 182 manatı Sumqayıt Apellyasiya Məhkəməsinə, 2 milyon 819 min 860 manatı Gəncə Apellyasiya Məhkəməsinə, 2 milyon 922 min 755 manatı Şirvan Apellyasiya Məhkəməsinə, 2 milyon 280 min 911 manatı Şəki Apellyasiya Məhkəməsinə ayrılıb.

Maliyyə təminatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən məhkəmələr üçün isə büdcədə 64 milyon 976 min 762 manat nəzərdə tutulub./"Unikal.org"


Tarix: 1-01-2021, 14:25 Oxunub: 237


Bölməyə aid digər xəbərlər