23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda pandemiya dövründə ət istehsalı artıb

Azərbaycanda pandemiya dövründə ət istehsalı artıb2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 298,4 min ton olub.

GununNebzi.az xəbər verir ki, süd istehsalı 1,9 faiz artaraq 1242,0 min ton, yumurta istehsalı 7 faiz artaraq 1169,6 milyon ədəd və yun istehsalı 0,5 faiz artaraq 15 min ton olub. Bundan başqa, ölkədə 446,6 ton barama istehsal olunub.

Ümumilikdə 2020-ci ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4919,6 milyon manat olub ki, onun da 2450,9 milyon manatı heyvandarlıq, 2468,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
"Trend"


Tarix: 2-09-2020, 08:30 Oxunub: 162


Bölməyə aid digər xəbərlər