10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı

Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandıYaşadığı evi icazəsiz tərk edən koronavirus (COVID-19) xəstələrinin sayı açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq, evə qaytarılmaqla barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.


Tarix: 9-01-2021, 18:19 Oxunub: 144


Bölməyə aid digər xəbərlər