23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalistə vəzifə verildi


Tanınmış jurnalist Günay Malikqızı bu gündən etibarən yeni işinə start verib.

Bu barədə Oxu.Az-a xanım jurnalistin özü məlumat verib.

O bildirib ki, bundan sonra Milli Olimpiya Komitəsində İctimaiyyətlə Əlaqələr və Mətbuat Şöbəsinin müdiri vəzifəsində işləyəcək.

Qeyd edək ki, Günay Malikqızına idman sahəsi yad deyil. Onun ilk iş yeri 1995-ci ildə AzTV-də “Offside+” idman verilişi olub. O, iki il bu proqramda reportyor kimi çalışıb.

Xatırladaq ki, Günay Malikqızı MOK-dakı işinə başlayanadək “Park Bulvar” AVM-nin PR-meneceri vəzifəsində çalışırdı.

Tarix: 3-03-2020, 14:30 Oxunub: 80


Bölməyə aid digər xəbərlər