23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şuşa ilə bağlı yeni xəbər - FOTOLAR

Şuşa ilə bağlı yeni xəbər - FOTOLARŞuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır.


GununNebzi.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, yeni yol iri yaşayış məntəqələrindən, həmçinin, məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək.


Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. İlkin hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa, yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Artıq Şuşa şəhərinədək 101.5 km-lik yol üzrə iki hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib. Yol boyu bu hissədə iki hərəkət zolağı enində torpaq yatağı genişləndirilərək yol yatağı və yol əsası inşa edilib.​

Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. 84.6 km-lik yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.


Artıq yolun ilk 6 km-lik hissəsində, həmçinin yeni yolun 27-ci km-dən başlayaraq 4 km hissədə torpaq işləri icra olunaraq yekunlaşdırılıb və yeni yol əsası inşa edilib.

Şuşa ilə bağlı yeni xəbər - FOTOLAR
Şuşa ilə bağlı yeni xəbər - FOTOLAR
Şuşa ilə bağlı yeni xəbər - FOTOLAR

Tarix: 18-01-2021, 14:33 Oxunub: 208


Bölməyə aid digər xəbərlər