09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Abşeronda aksizsiz tütün məmulatları aşkar olundu

Abşeronda aksizsiz tütün məmulatları aşkar olunduİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən vergi ödəyicisi Abbasov Xəzər Natiq oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayi yolu ünvanda yerləşən “Xəzər market”də operativ vergi nəzarəti tədbiri həyata keçirilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, tədbir zamanı obyektdə külli miqdarda – dəyəri 14,4 min manat olan 7 min qutu aksiz markası ilə markalanmalı olan, lakin həmin markalarla markalanmayan tütün məmulatları aşkar edilib.

Müəyyən olunmuş faktlar protokollaşdırılıb və vergi ödəyicisi barəsində materiallar hüquqi qiymət verilməsi üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinə təqdim olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşlara bir daha müraciət edərək bildirir ki, aksiz markası ilə markalanmalı olan, lakin həmin markalarla markalanmayan tütün məmulatlarının istehsalı, satışı və saxlanması ilə məşğul olan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq məsuliyyət tədbirləri görüləcək


/Unikal.org


Tarix: 5-02-2021, 13:33 Oxunub: 274


Bölməyə aid digər xəbərlər