23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kəlbəcər polisinin 4 sahə məntəqəsi yaradıldı

Kəlbəcər polisinin 4 sahə məntəqəsi yaradıldıKəlbəcər rayonu noyabr ayının 25-də işğaldan azad edildikdən sonra Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daimi dislokasiya yerlərinə qayıdıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dağların qoynunda qərar tutan bu rayonda polis əməkdaşları DİN Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparırlar.

Rayonda yerləşdirilən şəxsi heyət təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, əraziyə yalnız xüsusi icazəsi olan şəxslərin buraxılmasını təmin edirlər.

DİN rəhbərliyinin göstərişinə əsasən, polis əməkdaşlarının xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. RPŞ-nin yerləşdiyi inzibati bina əsaslı təmir edilib, səmərəli xidmət üçün zəruri şərait yaradılıb. Növbətçi hissədə və xidməti otaqlarda telekommunikasiya avadanıqları quraşdırılıb.

Bundan başqa, ərazinin çətin relyefi nəzəra alınaraq post-patrul xidməti əməkdaşları avtopatrul hərəkəti üçün yüksəklik şəraitində daha yaxşı manevr imkanlarına malik “pikap” tipli avtomobillə təmin edilib.

PŞ-nin ərazi üzrə 4 sahə məntəqəsi yaradılaraq üzərlərində informasiya lövhələri quraşdırılıb. Rayonun girişində və ərazisində qurulan stasionar postlarda polis əməkdaşlarının rahat və təhlükəsiz xidmət aparması üçün dəmir konstruksiyalı postlar da quraşdırılıb./Pravda.az


Tarix: 5-02-2021, 18:43 Oxunub: 217


Bölməyə aid digər xəbərlər
3-07-2020, 17:24 DİN AÇIQLAMA YAYdı