21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Salyanda “xınayaxdı” mərasimi keçirənlər cərimələndi

Salyanda “xınayaxdı” mərasimi keçirənlər cərimələndiSalyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində xidmət aparılan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərini pozaraq çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə “xınayaxdı” mərasimi təşkil edildiyi müəyyən edilib. Polislər tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.


Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.


Tarix: 16-02-2021, 16:55 Oxunub: 251


Bölməyə aid digər xəbərlər